"Beşiktaş"ın ötən gün baş tutan məşqində qalmaqal yaşanıb. Fanat.az xəbər verir ki, komandanın iki futbolçusu - Vəli Kavlakla Cenk Tosun əlbəyaxa olublar.
Cenkin zərbəsindən sonra Vəlinin dodağı qanayıb. Ancaq komanda yoldaşlarının müdaxiləsindən sonra ara sakitləşdirilib. Bu zaman məşqi izləyənlər arasında klub rəhbərliyi də olub. Davanın çıxmasına isə Cenk Tosunun düzgün şəkildə ötürmə verməməsi səbəb olub.
Qeyd edək ki, "Beşiktaş" hazırda turnir cədvəlinin lideridi.
Fanat.az