"Beşiktaş"ın Mancukiç arzusu puç oldu- RƏSMİ

"Beşiktaş"ın Mancukiç arzusu puç oldu- RƏSMİ

"Beşiktaş" rəhbərliyinin Mario Mancukiçi rənglərinə bağlamaq arzusu gözündə qalıb. Fanat.Az xəbər verir ki, xorvat hücumçu "Yuventus"la yeni müqavilə imzalayıb.

Bu barədə Turin klubunun rəsmi saytında məlumat yerləşdirilib. Mario 30 iyun 2020-ci il tarixinədək İtaliya klubunda qalmağa üstünlük verib.

Qeyd edək ki, türklər sözügedən futbolçuya ildə 7 milyon avro məvacib verməyə hazır olduqlarını bəyan etmiş, italyanlar danışıqların Çempionlar Liqasının finalından sonra davam etdiriləcəyini bildirmişdi.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər