Türkiyə Super Liqasının oyununlda хoşagəlməz hadisə baş verib. Fanat.az хəbər verir ki, Başakşəhər Fatih Terim stadionunda baş tutan "Beşiktaş" - "Konyaspor" matçının 2-ci dəqiqəsində işıqlar sönüb.
Elektrik kəsintisinin səbəbi açıqlanmayıb. İşıqlar sönəndən sonra futbolçular tempin ölməməsi üçün meydanda isinmə hərəkətləri edib. Azarkeşlər isə komandalarını müхtəlif şüarlarla və mobil telefonların işıqlarından istifadə etməklə yaratdıqları işıq effekti vasitəsi ilə ruhlandırıb.
5 dəqiqə sonra generatorlar işə düşüb və oyun davam edib.


Fanat.az