"Beşiktaş"ın futbolçusu Mehmet Akgün Azərbaycandan təklif alıb. Fanat.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Həmkarlarımızın iddiasına görə, "Beşiktaş"da heyətə düşməkdə çətinlik çəkən 28 yaşlı yarımmüdafiəçi "Elazığspor", "Qaziantepspor", "Antalyaspor", "Çaykur Rizəspor və "Erciyəsspor" kimi Super Liqa klubları ilə yanaşı, Azərbaycandan da təklif alıb. Lakin Türkiyə U-17-sinin təklifi "Erciyəsspor"la anlaşıb. Mehmet yaxın günlərdə Kayseri klubu ilə müqavilə imzalayacaq.
Qeyd edək ki, 2012/13 mövsümünün əvvəlində "Beşiktaş"la müqavilə imzalayan Akgün cəmi 12 oyunda İstanbul klubunun formasını geyinib. Türkiyə U-17-də 2 oyun keçirmiş 28 yaşlı futbolçu Dortmund 2003-2008-ci illərdə Dortmund "Borussiya"sında çıxış edib. Almaniya klubunun əvəzedici komandasında 81 oyun keçirən (3 qol) futbolçu əsas heyətlə 2 matça çıxıb. O, həmçinin Hollandiyanın "Villem II" və Türkiyənin "Gənclərbirliyi" klublarının da formasını geyinib.
Fanat.az