Türkiyənin "Beşiktaş" klubunun Azərbaycanda yoxlama oyunu keçirəcəyi rəqib müəyyənləşib. İstanbul klubu "Qarabağ"la qarşılaşacaq.
Bu barədə qol.az-a açıqlamasında Ağdam klubunun direktoru Əmrah Çəlikəl məlumat verib.
Onun sözlərinə görə, hələlik oyunun keçiriləcəyi tarix müəyyənləşməyib: "Danışıqlar üçün "Beşiktşa" klubunun idarə heyətinin üzvü Gökhan Sarı və klubun daha bir rəsmi nümayəndəsi Umut Kutlu yaxın vaxtlarda Azərbaycana gələcək. Onunla görüşümüz olacaq".
Klub rəsmisi təklifin "Beşiktaş"dan gəldiyini vurğulayıb.
Fanat.Az