"Beşiktaş"dan transfer bombası

"Beşiktaş"dan transfer bombası

Müdafiə xəttində problemlər yaşayan "Beşiktaş"ın heyətinə qatmaq istədiyi stoperin kimliyi müəyyənləşib. Fanat.Az xəbər verir ki, "Qara Qartal" "Bavariya"ya məxsus Holger Badstuberi transfer etmək istəyir.

"Bavariya" 28 yaşlı mərkəz müdafiəçisini qış fasiləsində "Şalke 04"ə icarəyə verib. Holger Bundesliqa klubunun heyətində 11 rəsmi oyuna çıxaraq 951 dəqiqə oynayıb.

Qeyd edək ki, Badstuber "Bavariya"ya 2007-ci ildə transfer olunub. O, bu komandanın heyətində 177 rəsmi oyuna çıxıb və 2 qol vurub.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər