"Beşiktaş"dan "Fənərbaxça"ya transfer

"Beşiktaş"dan "Fənərbaxça"ya transfer

Gökhan Gönülün "Beşiktaş"a keçidi "Fənərbaxça" rəsmilərini hərəkətə gətirib.

Fanat.az xəbər verir ki, artıq "sarı bülbüllər" "qara qartal"dan əvəz çıxa biliblər. Dünən gecə İsmayıl Köybaşı Əziz Yıldırımın rəhbərlik etdiyi klubla müqaviləyə imza atmağa razılıq verib. 4 il müddətinə nəzərdə tutulan müqavilənin şərtlərinə görə, İsmayıl mövsümə 1 milyon 750 min avro əməkhaqqı alacaq.

Xatırladaq ki, Gökhan Gönül də eyni məbəğ qarşılığında klubunu dəyişdirmişdi.

Fanat.az 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər