"Beşiktaş" daha bir transferini rəsmiləşdirmək üzrədi. Fanat.Az xəbər verir ki, İstanbul klubu Anderson Taliskanı heyətinə qatır.
Bu barədə klubun yaydığı açıqlamada bildirilir ki, braziliyalı futbolçunun icarəyə götürülməsi üçün özü və klubu "Benfika" ilə danışıqlar başlayıb.
Türk klublarının bu tip açıqlamaları transfer yekunlaşmaq üzrə olduğu vaxt yaydını nəzərə alsaq, keçidin tezliklə baş tutacağını deyə bilərik.
Qeyd edək ki, "Benfika" Anderson Taliskanı 2014-cü ildə Braziliyanın "Bahya" klubundan 4 milyon avroya alıb. Hazırda "Transfermarkt" 22 yaşlı hücumçuya 7,5 milyon avro qiymət qoyub.
Fanat.Az