"Beşiktaş"dan 7,5 milyon avroluq transfer - RƏSMİ

"Beşiktaş"dan 7,5 milyon avroluq transfer - RƏSMİ

"Beşiktaş" "Dnepr"dən transfer etdiyi Denis Boyko ilə müqavilə bağlayıb. Fanat.az xəbər verir ki, qolkiperlə 4,5 illik anlaşma imzalanıb.

"Beşiktaş" bu transferə görə "Dnepr"ə 3,3 milyon avro ödəyəcək. İstanbul klubu Denis Boykonun maaşını da açıqlayıb. Qolkiper 2015/16 mövsümünün qalan hissəsində 350, 2016/17-də 900 min, 2017/18 və 2018/19 mövsümlərində 1 milyon, 2019/20 mövsümündə isə 950 min avro sabit maaş alacaq. Ona bu mövsümlərin hər birində 4 min avro matçbaşı veriləcək.

Beləliklə, Denis Boykonun transferi "Beşiktaş"a 7,5 milyon avroya başa gəlib (matçbaşı xaric).

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər