"Beşiktaş"da şok zədə

"Beşiktaş"da şok zədə

Türkiyənin "Beşiktaş" klubu təcrübəli hücumameyilli yarımmüdafiəçisi Leandro Trossardın zədələndiyini elan edib.

Fanat.Az xəbər verir ki, belçikalı futbolçunun daban sümüyündə travmatik sümük şişməsi aşkar olunub.

Oyunçunun əvvəlki matçlarda daban nahiyəsindən aldığı zərbələr nəticəsində "Ərzurumspor" ilə qarşılaşmadan sonra ağrıları artıb.

Məhz bundan sonra aparılan MRT və tomoqrafiya müayinələri zamanı sözügedən zədə diaqnozu qoyulub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər