Türkiyə Super Liqasının IV turunun növbəti oyunları keçirilib. Fanat.az xəbər verir ki, günün mərkəzi oyunu Bursada baş tutub.
Əvvəlki 3 turda qələbə qazanan "Beşiktaş" səfərdə "Bursaspor"un qonağı olub. "Ağ-qaralar" bu qarşılaşmada da qələbə qazanaraq 4 oyundan 4 qələbə ilə turnir cədvəlinin qızıl pilləsinə yiyələnib.
Bundan başqa keçirilən digər 3 qarşılaşmada "Elazığspor" öz meydanında "Konyaspor"u 2:0, "Sivasspor" isə "Əskişəhərspor"u 3:2 hesabı ilə məğlub edib. "Gənclərbirliyi" - "Kayserispor" matçı isə qollu bərabərliklə başa çatıb - 1:1.
Fanat.az