"Beşiktaş" yunanlara, ruslar Mourinyoya qarşı

"Beşiktaş" yunanlara, ruslar Mourinyoya qarşı

Bu gün Avropa Liqasında 1/8 finalın cavab oyunları keçiriləcək. Fanat.Az xəbər verir ki, baş tutacaq qarşılaşmalardan sonra 1/4 finala yüksələcək bütün komandaların adlarına aydınlıq gələcək.

 

8 oyundan 3-ü saat 22.00-da start götürəcək ki, bu matçlarda “Beşiktaş” “Olimpiakos”u, “Krasnodar” “Selta”nı, “Genk” isə “Gent”i qəbul edəcək.

 

İstanbul təmsilçisi Yunanıstandan sərfəli nəticə ilə dönüb. Şenol Günəşin komandası səfərdə vurduğu qolun və əldə olunan bərabərliyin verdiyi üstünlüklə növbəti tur axtarışında olacaq. “Qara qartal”a ən pis halda, qolsuz bərabərlik də sərf edəcək.

 

“Selta” isə Rusiyaya heç də rahat yollanmayıb. Belə ki, “Krasnodar” səfərdə uduzsa da, “öküzlər”in də rəqib meydanda vurduğu qola görə şansları davam edir. Bu isə viqolulara rahatlaşmamağa əsas verir.

 

“Genk” - “Gent” cütlüyündə isə meydan sahibləri demək olar ki, turun taleyini həll ediblər.

 

Saat 00.05-də start götürəcək oyunlarda isə demək olar ki hər oyunda azarkeşlər gərgin rəqabətə şahidlik edəcəklər. Çünki ilk oyunlardan sonra aşkar üstün olan komanda yoxdur.

 

Avropa Liqası

1/8 final

Cavab görüşləri

16 mart

22.00 Beşiktaş (Türkiyə) - Olimpiakos (Yunanıstan)

İlk oyun - 1:1.

 

22.00 Krasnodar (Rusiya) - Selta (İspaniya)

İlk oyun - 1:2.

 

22.00 Genk (Belçika) - Gent (Belçika)

İlk oyun - 5:2.

 

17 mart

00.05 Borussiya (Mönhenqladbax, Almaniya) - Şalke 04 (Almaniya)

İlk oyun - 1:1.

 

00.05 Anderlext (Belçika) - APOEL (Cənubi Kipr) 

İlk oyun - 1:0.

 

00.05 Ayaks (Hollandiya) - Kopenhagen (Danimarka)

İlk oyun - 1:2.

 

00.05 Roma (İtaliya) - Olimpik (Lion, Fransa)

İlk oyun - 2:4.

 

00.05 Mançester Yunayted (İngiltərə) - Rostov (Rusiya)

İlk oyun - 1:1.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər