"Beşiktaş" ötən mövsüm icarə əsasında "Fənərbaxça"da oynamış Jermeyn Lensi heyətinə qatıb. Fanat.Az xəbər verir ki, "Qara Qartal" hollandiyalı forvardı "Sanderlend"dən icarəyə götürüb.
Buna görə İngiltərə klubuna 1.5 milyon avro ödəniləcək. Lens özü bir mövsüm üçün 2.2 milyon avro maaş alacaq. O, 25 rəsmi oyunda (Türkiyə Kuboku xaric) meydana çıxsa, 100, 35 rəsmi görüşdə oynasa 50 min avro mükafat qazanacaq. "Beşiktaş" avrokubokların qalibi olsa, futbolçuya əlavə 200 min avro veriləcək.
Lensin transfer hüququ "Beşiktaş"a məxsusdu. Türkiyə klubu istəsə, mövsümün sonunda 4 milyon 89 min avro ödəməklə onu tam hüquqlu üzvünə çevirə bilər. Bu baş versə, onunla 4 illik müqavilə imzalanacaq. Yeni anlaşma imzalansa, Lens aşağıdakı məbləğdə maaş alacaq:
2018/19 mövsümü - 2.250.000 avro
2019/20 mövsümü - 2.300.000 avro
2020/21 mövsümü - 1.950.000 avro
2021/22 mövsümü - 1.800.000 avro
Fanat.Az
Fanat.Az