"Beşiktaş" susdu, "Zalsburq" uddu

"Beşiktaş" susdu, "Zalsburq" uddu
Çempionlar Liqasının pley-off mərhələsinə start verilib. Fanat.az xəbər verir ki, ilk oyun günündə 5 matç baş tutub.
Azərbaycan futbolsevərlərinin diqqəti Türkiyəyə yönəlib. Belə ki, Super Liqanın üçüncüsü, "Fənərbaxça" avrokuboklara buraxılmadığından Çempionlar Liqasına vəsiqə qazanan "Beşiktaş" "Arsenal"ı qəbul edib. Oyun 0:0 hesabı ilə başa çatıb.
"Qarabağ"ı mübarizədən kənarlaşdıran "Zalsburq" da evdə meydana çıxıb. Avstriya çempionu "Malmö"nü sınağa çəkib və 2:1 hesablı qələbə qazanıb.
"Napoli" "Atletik"lə heç-heçə oynayıb. "Bayer" səfərdə "Kopenhagen"i 3:2, "Styaua" evdə "Ludoqorets"i 1:0 hesabı ilə yenib.
 
Çempionlar Liqası
Pley-off mərhələsi
İlk oyunlar
19 avqust
Zalsburq (Avstriya) - Malmö (İsveç) 2:1
Qollar: Frans Şkiemer, 16. Conatan Soriano, 54 - Emil Forsberq, 90.
Styaua (Rumıniya) - Ludoqorets (Bolqarıstan) 1:0
Qol: Aleksandru Çipkiu, 88.
Beşiktaş (Türkiyə) - Arsenal (İngiltərə) 0:0
Kopenhagen (Danimarka) - Bayer (Almaniya) 2:3
Qollar: Matias Yorqensen, 9. Daniel Amartey, 13 - Stefan Kiesslinq, 5. Kərim Bellarabi, 31. Son Heunq-Min, 42.
Napoli (İtaliya) - Atletik (İspaniya) 1:1
Qollar: Qonzalo Hiquayn, 68 - İker Muniain, 41.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər