"Beşiktaş" yeni futbolçusu Rodolfonun transfer qiymətini və maaşını açıqlayıb. Fanat.az хəbər verir ki, İstanbul təmsmlçisi bu transferə görə Braziliyanın "Qremio" klubuna 3,3 milyon avro ödəyəcək.
Rodolfo özü isə 2015/16, 2016/17 və 2017/18 mövsümlərində 1,4 milyon avro maaş alacaq. Bundan başqa ona 10 min matçbaşı veriləcək. Futbolçu 2017/18 mövsümündə 35 rəsmi matçda oynasa, eyni şərtlərlə müqaviləsi daha bir il uzadılacaq.
Fanat.az