"Beşiktaş", "Rubin" və "Partizan" Bakıda

"Beşiktaş", "Rubin" və "Partizan" Bakıda
AFFA-nın dəstəyi, Azərbaycan Beynəlxalq Bankının, "İnter" Peşəkar Futbol Klubunun və Bakı Futbol Federasiyasının təşkilatçılığıyla 16-20 iyun tarixlərində Azərbaycan Beynəlxalq Bankının təsis etdiyi kubok uğrunda 3-cü beynəlxalq futbol turniri keçiriləcək. Fanat.az xəbər verir ki, artıq turnirdə iştirak edən komandaların adları məlumdu. 
Bu il baş tutacaq turnirdə Azərbaycanın "İnter", İspaniyanın "Vilyarreal", Türkiyənin "Beşiktaş", Serbiyanın "Partizan", Almaniyanın "Ayntraxt", Ukraynanın "Karpatı", Rusiyanın "Rubin" və Gürcüstanın "Dinamo" klubları iştirak edəcək.
Turnir iştirakçıları iki qrupa bölünərək kubok uğrunda mübarizə aparacaqlar. "İnter" A qrupunda "Vilyarreal", "Rubin" və "Ayntraxt"la mübarizə aparacaq. B qrupunda isə "Beşiktaş", "Karpatı", "Partizan" və "Dinamo" yer alıb. Yarış 2000-ci il təvəllüdlü futbolçular arasında keçiriləcək.

A qrupu

İnter (Azərbaycan)

Vilyarreal (İspaniya)

Rubin(Rusiya)

Ayntraxt (Frankfurt, Almaniya)

I tur, 16 iyun
İnter - Ayntraxt
Vilyarreal - Rubin
 
II tur, 17 iyun
İnter - Vilyarreal
Rubin - Ayntraxt
 
III tur, 18 iyun 
Rubin - İnter
Ayntraxt - Vilyarreal
 

B qrupu

Beşiktaş (Türkiyə)

Karpatı (Ukrayna)

Partizan (Serbiya)

Dinamo (Gürcüstan)

 
I tur, 16 iyun
Karpatı - Partizan
Beşiktaş - Dinamo
 
II tur, 17 iyun
Partizan - Dinamo
Beşiktaş - Karpatı
 
III tur, 18 iyun
Dinamo - Karpatı
Partizan - Beşiktaş
19 iyun
 
7-ci yer uğrunda oyun
A-4 - B-4
5-ci yer uğrunda oyun
B-3 - A-3 
21 iyun
 
3-cü yer uğrunda oyun
A-2 - B-2
Final
B-1 - A-1
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər