"Beşiktaş" "Brügge"yə qarşı, İspaniya və İtaliya derbisi

"Beşiktaş" "Brügge"yə qarşı, İspaniya və İtaliya derbisi
Bu gün Avropa Liqasının 1/8 final mərhələsinin püşkü atılıb. Fanat.az хəbər verir ki, İsveçrənin Nyon şəhərində baş tutan mərasimdə 16 komanda rəqibini tanıyıb.
"Liverpul"u mübarizədən kənarlaşdıran "Beşiktaş" "Brügge"yə rəqib olub. Qrup mərhələsində "Qarabağ"a rəqib olmuş "Dnepr" "Ayaks"la, "İnter" "Volfsburq"la qarşılaşacaq.
1/8 finalda eyni ölkənin təmsilçiləri arasında iki oyun baş tutacaq. Belə ki, İspaniyanın "Vilyarreal" və "Sevilya", İtaliyanın isə "Fiorentina" və "Roma" klubları üz-üzə gələcək.
Qeyd edək ki, 1/8 finalın ilk oyunları martın 12-də, cavab qarşılaşmaları 19-da keçiriləcək.

Avropa Liqası, 1/8 final

1

Everton (İngiltərə)

2

Dnepr (Ukrayna)

3

Zenit (Rusiya)

4

Volfsburq (Almaniya)

5

Vilyarreal (İspaniya)

6

Napoli (İtaliya)

7

Brügge (Belçika)

8

Fiorentina (İtaliya)

Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər