"Beşiktaş" "Barselona"nın futbolçusu Adriano Korreyanı transfer edib. Fanat.az xəbər verir ki, bu barədə İstanbul klubu rəsmi açıqlama yayıb.
Açıqlamada bildirilir ki, 3 illik müqavilə imzalanan braziliyalı yarımmüdafiəçiyə görə "Barselona"ya 600 min avro ödənəcək. 31 yaşlı oyunçunun maaşı da açıqlanıb. Belə ki, Adriano 2016/17 mövsümündə 2.35, 2017/18 və 2018/19 mövsümlərində 1.85 milyon avro maaş alacaq. Bundan başqa ona 4 min avro matçbaşı veriləcək.

Qeyd edək ki, "Barselona" Adrianonu 2010-cu ildə "Sevilya"dan 9.5 milyon avroya almışdı. Hazırda "Transfermarkt" ona 4 milyon avro qiymət qoyub. O, ötən mövsüm Kataloniya klubunun heyətində 18 rəsmi oyuna çıxıb və 1 qol vurub. Adriano "Barselona" ilk İspaniya çempionluğunu (4 dəfə), "Kral Kuboku"nu (3), öokə Super Kubokunu (3), Çempionlar Liqasını (2) və klublararası dünya çempionluğunu (2) qazanıb.
Fanat.az