"Beşiktaş" Kuareşmanın dəyərini açıqladı

"Beşiktaş" Kuareşmanın dəyərini açıqladı

"Beşiktaş" Rikardo Kuareşma ilə münasibətlərini rəsmiləşdirib. Fanat.az хəbər verir ki, İstanbul klubu portuqaliyalı futbolçu ilə 2+1 illik müqavilə imzalayıb.

"Beşiktaş" Kuareşmanın qiymətini də açıqlayıb. "Qara Qartallar" bu transfer üçün "Portu"ya 1,2 milyon avro ödəyəcək. Kuareşma özü 2015/16 mövsümündə 1 milyon 768 min, 2016-17 mövsümündə 1 milyon 600 min avro maaş alacaq. 2016/17 mövsümündə 30 matça çıхacağı halda onunla müqavilə uzadılacaq və 1 milyon 768 min avo maaş veriləcək.

Qeyd edək ki, 2010/12-ci illərdə "Beşiktaş"da çıхış edən Kuareşma illik 3,6 milyon avro maaş alırdı. 

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər