"Beşiktaş" Demba Ba üçün 16 milyon avro xərclədi

"Beşiktaş" Demba Ba üçün 16 milyon avro xərclədi
"Beşiktaş" Demba Banın maaşını açıqlayıb. Fanat.az xəbər verir ki, İstanbul klubu "Çelsi"dən transfer etdiyi seneqallı futbolçu ilə 4 illik müqavilə imzalayıb. 
2017/18 mövsümünün sonunadək "Beşiktaş"da qalacaq Demba Ba ildə 2,5 milyon avro maaş və 10 min matçbaşı alacaq. Bundan başqa futbolçu mövsümün ilk yarısında 6 matçda ilk "11-lik"də yer alarsa 350, ikinci yarıda 6 dəfə start heyətinə düşsə daha 350 min avro qazanacaq. 
"Beşiktaş" bu transferə görə "Çelsi"yə 6 milyon avro verəcək. Məbləğin 1,5 milyonu nağd ödəniləcək. Bu ilin 31 dekabırınadək daha 1,5 milyon avro ödəməli olan "Beşiktaş" qalan məbləği 2016-cı ilin 30 iyununadək verməlidi.
Beləliklə, mükafatlar və matçbaşı nəzərə alınmamaqla Demba Banın transferi "Beşiktaş"a 16 milyon avroya başa gələcək.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər