"Beşiktaş" daha bir dünya ulduzunu heyətinə qatır

"Beşiktaş" daha bir dünya ulduzunu heyətinə qatır

Pepeni heyətinə qatan "Beşiktaş" daha bir dünya ulduzuna elçi düşüb. Fanat.Az xəbər verir ki, İstanbul klubu Pep Qvardiolanın gəlişindən sonra əsas heyətdəki yerini itirən Serxio Aqüeronu heyətinə qatmaq istəyir.

Məlumata görə, argentinalı ulduzun transfer qiyməti yüksək olduğunudan "Beşiktaş" onu icarəyə götürməyə çalışır. İstanbul klubu artıq bununla bağlı "Mançester Siti"yə müraciət edib.

Qeyd edək ki, "Mançester Siti" Aqueronu 2011-ci ildə "Atletiko"dan 36 milyon avroya transfer edib. Hazırda "Transfermarkt"ın 65 milyon avro qiymət qoyduğu argentinalı ulduz ötən mövsüm 45 rəsmi oyuna çıxıb və 33 qol vurub.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər