Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində baş tutan "Beşiktaş" - "Arsenal" görüşündən sonra xoşagəlməz hadisə yaşanıb. Fanat.az xəbər verir ki, matç başa çatdıqdan sonra paltardəyişmə otağına yollanan "topçular"ın baş məşqçisi Arsen Vengerə butulka atılıb.
Təcrübəli mütəxəssis bununla bağlı UEFA-ya şikayət məktubu ünvanlayıb.
Bu hadisəyə görə "Beşiktaş"ı ən azından pul cəzası gözləyir.
Fanat.az