"Beşiktaş"ın futbol məktəbləri üzrə koordinatoru Ufuk Pak Azərbaycana gəlib. Fanat.az xəbər verir ki, səfərin məqsədi Bakıda açılaması planlaşdırılan futbol məktəbi ilə bağlı işlərə nəzarət etməkdi.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Məktəbin açılaması planlaşdırılan bazaya baş çəkən və məşqçilərə lazımı tapşırıqları verən "Beşiktaş" rəsmisi Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevlə görüşüb. Ufuk Pak Musayevə açılacaq məktəblə bağlı məlumat verib.
Fanat.az