"Beşiktaş" Bakıda çempion oldu - FOTOLAR

"Beşiktaş" Bakıda çempion oldu - FOTOLAR

Azərbaycan Beynəlxalq Bankının təsis etdiyi "IBA Cup" yeniyetmələr arasında III beynəlxalq futbol turnirinə yekun vurulub. Fanat.az xəbər verir ki, bu gün turnirin son iki matçı keçirilib.

Üçüncü yer uğrunda oyunda Serbiyanın "Partizan" və İspaniyanın "Vilyarreal" klubları qarşılaşıb. Oyunda ispanlar daha güclü olduqlarını sübut edib. Bedə ki, "Vilyarreal" serblərin qapısından 5 cavabsız top keçirib (5:0) və "İBA Cup"u üçüncü yerdə başa vurub.

Finalda isə Türkiyənin "Beşiktaş" və Almaniyanın "Ayntraxt" klubları üz-üzə gəlib. Oyunun əsas vaxtı 1:1 hesabıyla başa çatdığından qalib penaltilər seriyasında müəyyənləşib. Penaltilərdə Türkiyə təmsilçisi qalib daha üstün olub - 5:4. Bununla da "Beşiktaş" ikinci dəfə "İBA Cup"un qalibi adını qazanıb.

Final matçından sonra mükafatlandırılma mərasimi keçirilib. Qaliblərə mükafatları Bakı Futbol Federasiyasının vitse-prezidenti Məzahir Süleymanzadə, Azərbaycan Beynəlxalq Bankının strateji inkişaf və marketinq departamentinin direktor müavini Anar Nəcəfli, "İnter"in maliyyə departamentinin rəhbəri Elmar Qafarov və "Çempion" qəzetinin baş redaktoru Ürfan Məmmədli təqdim edib.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər