​"Beşiktaş" azərbaycanlı iş adamına məxsus "skybox"u satdı

​"Beşiktaş" azərbaycanlı iş adamına məxsus "skybox"u satdı
Türkiyənin "Beşiktaş" klubu yeni stadionu "Vodafone Arena"da əslən azərbaycanlı iş adamı Rza Zərraba məxsus "skybox"u satıb. "Report"un "Habertürk"ə istinadən verdiyi məlumata görə, stadionun qərb hissəsində yerləşən "skybox"un satışı ötən həftə həyata keçirilib.
3 il müddətinə satılan "skybox"un qiyməti təxminən 500 min dollardır. Hazırda ABŞ-da həbsdə olan və "Beşiktaş" azarkeşi olduğu bildirilən R.Zərrab "skybox"u ötən ilin aprelində alıb.
Qeyd edək ki, "Vodafone Arena"da 147 loja var. Klubun 3 il müddətinə satılan "skybox"lardan üst-üstə 30 milyon dollar gəlir götürdüyü bildirilir.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər