"Beşiktaş" ABŞ yığmasının üzvü Jermain Jonesi heyətinə qatıb. Fanat.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıbö
Məlumatda bildirilir ki, Jonesin müqaviləsinin pozulması üçün Almaniyanın "Şalke 04" klubuna 200 min avro ödənilib. Futbolçu isə mövsümün sonunadək nəzərdə tutulan müqavilə üçün 700 min avro maaş alacaq.
Həmçinin "Başiktaş" yarımmüdafiəçinin müqaviləsini 2014/15 və 2015/16 mövsümü üçün təktərəfli şəkildə uzada bilər. Bu baş verəcəyi halda Jones hər mövsüm 1.8 milyon avro maaş və 10 min avro matçbaşı alacaq.
Qeyd edək ki, Jones 2007-ci ildən çıxış etdiyi "Şalke 04"də 129 oyun keçirib və 7 qol vurub. Almaniyanın aşağı yaş qrupları üzrə yığmalarında çıxış edən, 2008-ci ildə A millidə 3 oyuna çıxan yarımmüdafiəçi daha sonra ABŞ-a üz tutub. O, 2010-cu ildən dəvət aldığı ABŞ millisinin heyətində 38 oyuna çıxıb və 2 qol vurub.
Fanat.az