"Beşiktaş" 13 milyona satdığı futbolçunu alır - RƏSMİ

"Beşiktaş" 13 milyona satdığı futbolçunu alır - RƏSMİ

"Beşiktaş" Demba Banı heyətinə qatır. Fanat.Az xəbər verir ki, bu barədə klub rəsmi açıqlama yayıb.

Açıqlamada bildirilir ki, klub seneqallı futbolçunun icarəyə götürülməsi üçün klubu və özü ilə danışıqlara başlayıb. Türk klubları bu kimi açıqlamaları əsasən transfer yekunlaşanda yayır.

Qeyd edək ki, "Beşiktaş"ın 2015-ci ildə 13 milyon avroya Çinin "Şanxay Şenhua" klubuna satdığı Demba Ba son 7 ayda futbol oynamyıb. Buna səbəb onun ayağının qırılması olub. 2014/15 mövsümündə "Beşiktaş"da çıxış edən seneqallı hücumçu 44 rəsmi oyunda 27 qol vurub.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər