"Benfika" Bakıda oyuna məşq etmədən çıxacaq

"Benfika" Bakıda oyuna məşq etmədən çıxacaq

UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində Azərbaycan çempionu “Araz-Naxçıvan”ın rəqibi olan Portuqaliya nəhəngi "Benfika"nın Bakıya səfər planı müəyyənləşib.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, rəqib komanda ölkəmizin paytaxtına oyundan bir gün əvvəl - 23 noyabrda təşrif buyuracaq. 

Saat 21:00 radələrində Bakıya çatacaq "Benfika" "Hyatt Regensy" hotelində məskunlaşacaq. Rəqib "Araz-Naxçıvan"la oyunöncəsi məşqə ehtiyac duymayıb.

Qeyd edək ki, "Araz-Naxçıvan" ilə "Benfika" arasında 1/8 finalın ilk görüşü noyabrın 24-də Bakıda, Bakı İdman Sarayında baş tutacaq. Komandalar arasında cavab matçı isə dekabrın 5-də rəqib meydanında keçiriləcək. Təmsilçimiz 1/4 finala vəsiqə qazanacağı təqdirdə isə AEK (Yunanıstan) – “Sportinq” (Portuqaliya) cütünün qalibi ilə üz-üzə gələcək.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər