"Bayern Münhen"in yarımmüdafiəçisi Niderland klubuna keçməyə yaxındır

"Bayern Münhen"in yarımmüdafiəçisi Niderland klubuna keçməyə yaxındır

"Bayern Münhen"in gənc futbolçusu Pol Vanner karyerasını Niderlandda davam etdirməyə yaxındır.

Fanat.Az xəbər verir ki, informasiyanı "Kicker" yayıb.

Məlumata görə, 19 yaşlı yarımmüdafiəçinin xidmətində PSV maraqlıdır. Tərəflər artıq danışıqlara başlayıblar.

Uanner ötən mövsümü icarə əsasında "Haydenhaym"da keçirib. 41 matçda meydanda olan orta xətt oyunçusu 6 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, Vannerin Almaniya nəhəngi ilə müqaviləsinin müddəti ilə 2027-ci ilin yayınadək nəzərdə tutulub.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər