"Bayern Münhen"in B planı

"Bayern Münhen"in B planı

Almaniya nəhəngi “Bayern Münhen”, yay transfer pəncərəsində hücum xəttini gücləndirmək məqsədilə “Liverpool”un ulduz futbolçusu Luis Diaz üçün yenidən rəsmi təklif göndərməyə hazırlaşır.

Fanat.Az xəbər verir ki, klub rəhbərliyi kolumbiyalı cinah oyunçusunu komandanın əsas transfer hədəflərindən biri kimi görür. Lakin “Liverpul”un yüksək maliyyə tələbləri bu transferin reallaşmasına əngəl törədə bilər.

Əgər Diaz transferi baş tutmasa, “Bayern Münhen” növbəti planını işə salacaq. Klubun alternativ hədəfi isə gənc belçikalı istedad Malik Fofanadır.

Qeyd edək ki, 19 yaşlı futbolçu son aylarda performansı ilə diqqətləri üzərinə çəkib və gələcəyin parlaq ulduzlarından biri hesab olunur.

Kamil Xudiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər