"Bayern Münhen" rəhbərliyinin Kim Min Ce ilə bağlı planları bilindi

"Bayern Münhen" rəhbərliyinin Kim Min Ce ilə bağlı planları bilindi

"Bayern Münhen" müdafiəçisi Kim Min Cen ilə bağlı planları açıqlanıb.

Fanat.Az xəbər verir ki, məlumatı "Bild" yayıb.

Xəbərə görə, Almaniya nəhəngi cənubi koreyalı futbolçunu satmaq niyyətindədir. Yazılanlara inansaq, "Bayern" onun satışından  qazanılacaq pulla İngiltərənin elita təmsilçilərindən olan "Bornmut"un müdafiəçisi Din Heyseni almaq istəyir.

Qeyd edək ki, 28 yaşlı Kim Min Ce 2023-cü ildə, 50 milyon avro qarşılığında "Napoli"dən transfer olunub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər