"Bayern Münhen" Laymeri bu səbəbə görə satır

"Bayern Münhen" Laymeri bu səbəbə görə satır

Bayern Münhen" cinah müdafiəçisi Konrad Laymer ilə vidalaşmaq üzrədir.

Fanat.Az "Bild"ə istinadən xəbər verir ki, ölkə çempionu 28 yaşlı futbolçunu heyətdə saxlamaq istəsə də, onun yüksək maaş tələblərini qarşılamağı planlaşdırmır.

Sözügedən oyunçu yeni mövsüm üçün 12-15 milyon avro istəyir. Klub rəhbərliyi avstriyalı oyunçunu yayda satmaq variantını daha münasib sayır.

Laymerin "Bayern" ilə müqaviləsinin müddəti 2027-ci ilin yayınadək nəzərdə tutulub. Cari mövsüm bütün turnirlərdə 42 matça çıxan Konrad 3 qol və 12 məhsuldar ötürmə ilə yadda qalıb.

Toğrul

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər