"Bayern Münhen" İngiltərə nəhənginin qapısını döyəcək

"Bayern Münhen" İngiltərə nəhənginin qapısını döyəcək

Almaniya nəhəngi "Bayern Münhen"in "Mançester Yunayted"in kapitanı Brunu Fernandeşi heyətinə qatmaq üçün hərəkətə keçdiyi iddia olunur.

Fanat.Az xəber verir ki, "365Scores"un yaydığı məlumata görə, Münhen təmsilçisi portuqaliyalı yarımmüdafiəçinin son vaxtlar verdiyi səmimi və tənqidi açıqlamalardan sonra bu transferi reallaşdırmaqda israrlıdır.

"Bavariya" rəhbərliyi  transferi tamamlamaq üçün təxminən 50 milyon avro dəyərində rəsmi təklif hazırlayır. Bu transferin baş tutacağı təqdirdə Fernandeşin Bundesliqanın ən böyük ulduzlarından birinə çevriləcəyi gözlənilir.

Kamil Xudiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər