"Başabaş mübarizə getdi" - Valdas Dambrauskas

"Başabaş mübarizə getdi" - Valdas Dambrauskas

“Sabah” Azərbaycan Premyer Liqasının 32-ci turunda bu gün “Neftçi”ni qəbul edib.

Fanat.Az xəbər verir ki, 1:2 hesabı ilə məğlub olan “bayquşlar”ın baş məşqçisi Valdas Dambrauskasın oyundan sonra mətbuat konfransı keçirilib.

Litvalı mütəxəssis başabaş mübarizə getdiyini bildirib:

“Hesab edirəm ki, həftə içində baş verənləri nəzərə alsaq, artıq biz kubokun qalibi olduq və bunu qeyd edərkən emosiyalarımızı sərf etmişdik. Belədə, sonra meydana çıxıb maksimumuzu vermək asan deyil. Amma bu gün bütün oyunçularıma təşəkkür edirəm. Başabaş mübarizə getdi. Bu oyunu artıq təhlil etməyəcəyik. Bu gün yalnız çempionluğumuzu qeyd etmək istəyirik”.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər