"Barselona"nın ulduzu başqa La Liqa klubuna keçdi - RƏSMİ

"Barselona"nın ulduzu başqa La Liqa klubuna keçdi - RƏSMİ

"Barselona"nın hücumçusu Vitor Rokenin yeni klubu məlum olub. 

Fanat.Az xəbər verir ki, o, mövsümün sonuna qədər icarə əsasında "Betis"ə keçib. 

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

"Barselona" 19 yaşlı braziliyalı futbolçunu 2024-cü ilin əvvəlində "Atletiko Paranaense"dən alıb. Forvard kataloniyalıların heyətində 16 oyun keçirib və 2 qol vurub.

Vitor Roke “Atletiko Paranaense”nin heyətində 81 matçda iştirak edib və 28 qol vurub. O, 2023-cü ilin martında Braziliya millisində debüt edib.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər