"Real"dan Pepeni heyətinə qatan "Beşiktaş"la bağlı iddiaların ardı-arası kəsilmir. Fanat.Az xəbər verir ki, İstanbul klubu ilə bağlı daha bir iddia səslənib.
Məlumata görə, "Qara Qartallar" "Barselona"dan Xavyer Maskeranonu hədəfə alıb. Bildirilir ki, "Beşiktaş" futbolçunun meneceri ilə İstanbulda görüşərək müzakirələr aparıb. Türkiyə klubu argentinalı ulduzu icarəyə götürmək istəyir.
Qeyd edək ki, "Barselona" Maskeranonu 2010-cu ildə "Liverpul"dan 20 milyon avroya alıb.
Fanat.Az