“Barselona” yeni rekord reallaşdırıb.
Fanat.Az xəbər verir ki, Kataloniya klubu buna La Liqanın VII turunda “Xetafe” ilə oyunda buna nail olub.
Hans Flikin yetirmələri rəqibini Robert Levandovskinin sayəsində 1:0 hesabı ilə məğlub edib ki, polşalı forvardın qolu əlamətdar olub. "Opta"nın hesablamasına görə, “Barselona” İspaniya çempionatı tarixinə 6500-cü qola çatan ilk klub kimi düşüb. İspaniya nəhəngi indiyə qədər qapısından 3362 qol buraxıb.
Qeyd edək ki, cari mövsüm La Liqanın bütün oyunlarında qələbə qazanan “Barselona” 21 xalla turnir cədvəlinə başçılıq edir. Ötən mövsümü də nəzərə alsaq, kataloniyalılar çempionatda 11 oyundur ki, xal itirmir.
Mirağa