"Barselona" futbolçusunu Fransa klubuna satdı

"Barselona" futbolçusunu Fransa klubuna satdı

"Barselona" müqaviləylə ona məxsus olan Mikayil Faye ilə vidalaşıb. 

Fanat.Az xəbər verir ki, Kataloniya klubu rəsmi açıqlamada seneqallı futbolçunun Fransa "Renn"inə keçidini açıqlayıb. 

20 yaşlı mərkəz müdafiəçisinin transfer məbləği 12 milyon avrodur. Şərtlərdən asılı olaraq sonradan 4 milyon avro mümkün ödənişlər də bu məbləğə əlavə olunacaq. Bundan başqa, müqaviləyə satın alma variantları da daxildir: fransız klubu birinci ildə futbolçunu 35 milyon avroya heyətinə qata biləcək, ikinci ildə isə satın alma məbləği 40 milyon avroya yüksələcək. "Barselona" da oyunçunun gələcək satışından pay alacaq.

Qeyd edək ki, "Barselona B" komandasında çıxış edən gənc futbolçu bu yay əsas komandaya cəlb olunmuşdu.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər