"Baku Sportinq" toplanış vaxtını dəyişdi - Büdcə məsələsinə bu tarixdə aydınlıq gələcək

"Baku Sportinq" toplanış vaxtını dəyişdi - Büdcə məsələsinə bu tarixdə aydınlıq gələcək

1-ci Liqa təmsilçisi "Baku Sportinq"in yeni mövsümün hazırlığına iyulun ikinci yarısında başlaması planlaşdırılsa da, komandanın toplanış vaxtı dəyişib.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, Buzovna təmsilçisi avqustun 1-də bir araya gələcək.

Yeri gəlmişkən, sponsor "El Metal Plus"un qarşıdakı "futbol ili"ndə "Baku Sportinq"ə büdcə ayırıb-ayırmayacağı da indilik bilinmir. Şirkətin rəhbəri iyulun 25-də komanda ilə görüş keçirəcək və bu toplantıdan sonra bütün suallara aydınlıq gələcək. Başqa sözlə, sözügedən klubun yalnız dövlətin ayırdığı 300 min manatın ümidinə qalıb-qalmayacağı dəqiqləşəcək.

Xatırladaq ki, "Baku Sportinq"in çalışdırıcısı Röyal Nəcəfov mövsüm başa çatandan sonra postunu tərk edib. Komanda daha öncə köməkçi məşqçi qismində fəaliyyət göstərən Samir Ələkbərova tapşırılıb.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər