"Baku Sportinq" legionerləri ilə vidalaşdı

"Baku Sportinq" legionerləri ilə vidalaşdı

1-ci Liqa təmsilçisi "Baku Sportinq" iki legioneri ilə əməkdaşlığa son qoyub.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, Buzovna təmsilçisi Luka Stefanoviç və Pablo Enrike ilə yolları ayırıb.

Sözügedən oyunçuların müddəti başa çatan müqavilələri yenilənməyib.

Xatırladaq ki, geridə qalan mövsümdə 1-ci Liqadakı mübarizəni 4-cü pillədə başa vuran "Baku Sportinq" çalışdırıcısı Röyal Nəcəfov postundan ayrılıb. Komanda qarşıdakı "futbol ili"nə Samir Ələkbərovun rəhbərliyi altında hazırlaşacaq.

Nihat 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər