"Baku Sportinq" 10 futbolçusu ilə vidalaşdı - ADLAR

"Baku Sportinq" 10 futbolçusu ilə vidalaşdı - ADLAR

1-ci Liqa təmsilçisi "Baku Sportinq" yeni mövsümə yenilənmiş heyətlə başlayacaq.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, Buzovna təmsilçisi artıq 10 futbolçusu ilə əməkdaşlığa son qoyub. 

Bunlar Elməddin Sultanov, Elşad Tağıyev, Luka Stefanoviç, Pablo Enrike, Ceyhun Muxtarlı, İlkin Muradov, İlham Allahverdiyev, Kamil Hüseynov, Xəlil Bəşirli və Nəbi Məmmədovdur. 

Qapıçı Elməddin Sultanovun "Şahdağ Qusar"a keçdiyi bəllidirsə, hücumçu Elşad Tağıyevlə yarımmüdafiəçi Ceyhun Muxtarlı da MOİK-lə anlaşıblar.

Xatırladaq ki, geridə qalan mövsümdə 1-ci Liqadakı mübarizəni 4-cü pillədə başa vuran "Baku Sportinq" çalışdırıcısı Röyal Nəcəfov postundan ayrılıb. Komanda qarşıdakı "futbol ili"nə Samir Ələkbərovun rəhbərliyi altında hazırlaşacaq.

Nihat 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər