"Oyuna yaxşı hazırlaşmışıq. Sabahkı matçı səbirsizliklə gözləyirik". Fanat.Az xəbər verir ki, bunu futbol üzrə Lixtenşteyn millisinin futbolçusu Alessio Hasler Bakıdakı mətbuat konfransında deyib. O, sabah Azərbaycan yığmasına qarşı keçirəcəkləri matçdan - UEFA Millətlər Liqasının D Liqasının 2-ci qrupunda reallaşacaq görüşdən əvvəl fikirlərini bölüşüb: "Uzun yol qət etmişik. Komandada əhval-ruhiyyə yaxşıdır. Yüksək səviyyədə hazırlıq keçmişik. Bakıya yaxşı nəticə qazanmaq üçün gəlmişik. Rəqibin güclü və zəif tərəflərini bilirik. Uğur qazanmaq üçün əlimizdən gələni etməyə çalışacağıq". Azərbaycan - Lixtenşteyn oyunu Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Matçın start fiti 20:00-da səsləndiriləcək.
"Bakıya yaxşı nəticə qazanmaq üçün gəlmişik" - Lixtenşteyn millisinin futbolçusu
TREND
Milli
23:58
23.11.2026
"Ərzurumspor"da Nəriman qərarı - Yanvarda yollar ayrılır?
Tv Afişa
11:09
29.11.2026
Günün oyunları bu kanallarda - AFİŞA
Azərbaycan futbolu
10:08
28.11.2026
Elvin Cəfərquliyev başladı... - "Qarabağ" sabahkı oyuna neçə itki ilə çıxacaq?
Futbol
00:53
24.11.2026
Bizdə var, onlarda yoxdur: Azərbaycan futboluna böyük tərif