“İnter”in Avroliqanın ilkin təsnifat mərhələsindəki rəqibi “Tiraspol”un futbolçusu Georgi Karaneyçev Moldova mətbuatına müsahibə verib. Fanat.az bolqar hücumçunun müsahibəsini təqdim edir.
- İlk oyundakı 2:3 hesablı məğlubiyyəti nə ilə izah edərdiz?
- Bilmirəm. Anladığım budu ki, hamı məyusdu. Uduzmaq istəmirdik. Belə olacağına inanmırdıq. Amma sonda belə alındı.
- “İnter” “Tiraspol”u hansı oyun komponentlərində üstələdi?
- İlk 10 dəqiqədəki 2 qolda. Bundan sonra biz təzyiq altında oynadıq. Düzünü deyim ki, bunu gözləmirdim.
- Bakılılar qələbəyə layiq idi?
- Mənə elə gəlir ki, onların bəxti gətirdi. Daha 10 dəqiqə vaxtımız olsaydı, hesabı bərabərləşdirərdik.
- Səfərdə “İnter”ə qalib gələ biləcəyinizi düşünürsünüz? - Niyə də olmasın ki? Bu, futboldu. İstənilən nəticə qeydə alına bilər.
- Cavab oyununda şanslarınızı necə qiymətləndirirsiniz?
- Bakıya qələbə üçün gedəcəyik. Məqsədimiz mərhələ keçməkdi. Bunun üçün şanslarımız da pis deyil.
Fanat.az