"Bakı"nın qənimi "Xəzər Lənkəran"a qarşı

"Bakı"nın qənimi "Xəzər Lənkəran"a qarşı
Növbəti mövsümün hazırlıqlarının ikinci mərhələsini Sloveniyada davam etdirən “Xəzər Lənkəran” dünən bir məşqə çıxıb. Fanat.az 12cioyuncu.info saytına istinadən xəbər verir ki, komanda iyulun 10-da səhər məşqinə çızıb. Səhər saatlarında keçirilən hazırlıq prossesi yalnız taktiki çalışmalardan ibarət olub. 
"Xəzər Lənkəran" ilk yoxlama oyununu iyulun 13-də keçirəcək. Təmsilçimizin rəqibi Sloveniyanın "Mura" klubu olacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 21.00-da başlayacaq.
Qeyd edək ki, "Mura" 2012/13 mövsümündə Avropa Liqasının I təsnifat mərhələsində "Bakı"nın rəqibi olub. Bakıda 0:0 hesablı heç-heçəyə razılaşan sloveniyalılar evdə qələbə qazanaraq mərhələ keçiblər - 2:0.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər