"Bakı" - "İnter" oyununda hakimə fiziki təzyiq göstərilib. Fanat.az xəbər verir ki, qarşılaşmanın 72-ci dəqiqəsində baş hakim Rəhim Həsənov meydan sahiblərinin oyunçususu Ettoya ikinci sarı vərəqəni göstərərək meydandan qovub.
Bu zaman hakimə yaxınlaşan braziliyalı etirazını bildirməyə başlayıb. O, bir az da irəli gedərək Həsənovun yaxasından tutub və kəllə ataraq onu döymək istəyib. Komanda yoldaşları Ettonu meydandan çətinliklə çıxarıb.
Fanat.az