"Bakı"nın bazasında Lippertin telefonu oğurlandı

"Bakı"nın bazasında Lippertin telefonu oğurlandı
21 yaşadək futbolçulardan ibarət millimizin baş məşqçisi Bernhard Lippert xoşagəlməz halla üzləşib. Fanat.az xəbər verir ki, alman çalışdırıcının telefonu itib.
Belə ki, Lippert bu gün A millinin baş məşqçisi Berti Foqtsla birlikdə "Bakı" - "Qarabağ" matçını izləyib. Oyun bitəndən sonra "Bakı"nın bazasını tərk edən alman məşqçi bir qədər sonra geri qayıdaraq VİP-lojada telefonunu axtarıb. Lakin teoefonu tapmaq mümkün olmayıb.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər