"Bakı"nın baş məşqçisindən hakimə əcaib təklif

"Bakı"nın baş məşqçisindən hakimə əcaib təklif
"Bakı"nın U-14 komandasının baş məşqçisi Asif Abbasov hakimə əcaib təklif edib. Fanat.az xəbər verir ki, baş məşqçi referidən qərarını dəyişməsini istəyib.
Belə ki, Abbasov U-14 liqasının "Bakı" - "Əlincə" oyununda 3 nömrəli futbolçuya verilən qırmızı vərəqənin 5 nömrəli futbolçuya yazılmasını istəyib. Bu səbəbdən AFFA onun 1 il ərzində futbol fəaliyyəti ilə  məşğul olmasına qadağa qoyub, "Bakı" 10000 manat cərimə olunub.
Qeyd edlək ki, hakim “Bakı” - “Əlincə” matçının 49-cu dəqiqəsində "Bakı"nın futbolçusu Fərid Nadirovu rəqibi təhqir etdiyinə görə meydandan qovub. Futbolçu bu səbəbdən 3 oyunluq cəzalandırılıb.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər