"Bakı"lılar içir, çəkir, şellənir - daha bir FOTO

"Bakı"lılar içir, çəkir, şellənir - daha bir FOTO
"Bakı"nın üzvləri Elvin Məmmədov, Cavid Hüseynov, Kamran Ağayev, Rauf Əliyev, Əfran İsmayılov və indi “Rəvan”da icarədə olan Aqil Nəbiyevin ötən gün yayılan fotosunu təqdim etmişdik. Həmin fotoda futbolçuların oturduğu stolun üstündə siqaret qutusu var idi. Düzdü, həmin qutunun kimə məxsus olduğu bəlli deyil. Amma "Bakı"nın futbolçusuna və ya futbolçularına aid olduğu dəqiqdi.
Bunu elə belə xatırlatmadıq. Bu gün rekord.az saytı paytaxt klubunun başqa bir üzvünün - Rısto Rıstoviçin qalmaqala səbəb olacaq fotosunu yayımlayıb. Qış fasiləsi zamanı vətəni Serbiyaya yollanan futbolçu ordakı barlardan birinə üz tutub. Şəkildən də göründüyü kimi, futbolçu içki şüşələri arasında itib-batıb. Yəqin ki, onların dadına baxmamış da deyil...
Transferlərə, futbolçuların maaşlarına milyonlar xərcləyən "Bakı" bir neçə ildi mövsümü sürünə-sürünə başa verir və cari mövsümdə də turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb. Belə çıxır ki, bütün uğursuzluqlarda təkcə klub rəhbərliyinin səriştəsizliyi yox, bir az da içib, çəkib, meyxana deyib şellənən futbolçuların da "əməyi" yetərincədi. Görəsən, "Bakı"nın özündən razı rəhbərliyi, baş məşqçisi hara baxır?
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər