"4 aydı maaş və mükafatları almırıq. Hafiz Məmmədov bizə ayın 22-ə qədər vaxt verdi ki, gözləyin. Bu gün yenə zəng elədik. Qardaşı Zeynal Məmmədov dedi ki, pul yoxdu və olmayacaq". Fanat.az xəbər verir ki, bu sözləri Hafiz Məmmədovun sahibi olduğu “Bakı”nın məşqçi korpusundan adının çəkilməsini istəməyən şəxs bildirib.
Onun dediyinə görə, futbolçular sabah yenidən Hafiz Məmmədova özü də sonuncu dəfə müraciət edəcəklər. Müraciətlərinə cavab verilməyəcəyi halda son şikayət ünvanı UEFA olacaq.
"Hafka" ləqəbli iş adamı Hafiz Məmmədovun sahibi olduğu “Bakı”da 4 aydı futbolçu və məşqçilər əmək haqlarını və mükafatlarını ala bilmirlər. “Bakı”nın futbolçuları pulsuz qaldığı halda, Məmmədovun bir ingilis klubunu - "Şeffild Uensdey"i 58 milyon avroya alması futbolçuları qəzəbləndirib. “Onlar sabahacan vaxt verdilər. Yoxsa, "Bakı"da biabırçı hadisələr gözlənilir" deyə mənbə bildirib.
axar.az