Topaz Premyer Liqasının XXXV turunda "fair-play" qaydaları pzulub. Fanat.az xəbər verir ki, hadisə "Bakı" - AZAL matçında baş verib.
Belə ki, Aleksandar Şoliçin qolundan öncə AZAL-ın qapıçısı Ruslan Məcidov yerdə qalsa da, “Bakı”nın futbolçuları topu saxlamayıb. Ədalətli oyun prinsiplərinə məhəl qoymayan "zolaqlılar" qol vuraraq, qələbə qazanıb.
Xatırladaq ki, "Bakı" bundan əvvəl də "fair-play" qaydalarını kobud şəkildə pozub. 2009/10 mövsümündə Azərbaycan Kubokunun finalında "Xəzər Lənkəran"la qarşılaşan paytaxt klubundan yenə Aleksandar Soliç ədalətli oyun prinsiplərini pozaraq qol vurmuşdu.
Fanat.az